Şairə Nazilə Səfərli Kəlbəcərə yollanıb.
Bizim.Media xəbər verir ki, o, işğaldan azad edilmiş Kəlbəcərdən görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
Kəlbəcərin havasını udan, suyunun isə dadına baxan şairə nəhayət ki, arzusuna çatdığını yazıb.
"İsti sudan içdiyim suyun dadını heç yerdə dadmamışam. İndi anlayıram böyük şairlər niyə Kəlbəcər deyə-deyə dünyadan köçdü. Ruhunuz şad olsun, Azərbaycan şəhidləri. Kəlbəcərə ilk səfərimdir. Azərbaycan ordusu, bu günü sizə borcluyuq. Şəhidlərin ruhu qarşısında baş əyirəm. Arzuma çatdım, qoy hamı da çatsın" deyə o yazıb.
Qeyd edək ki, bir müddət əvvəl Nazilə Səfərli sosial şəbəkə hesabında işğaldan azad edilmiş torpaqlara gedə bilməməsi ilə bağlı videomüraciət yaymışdı.
Rəşad Əliyev, Bizim.Media