Afət Fərmanqızı:

Afət Fərmanqızı: "Nəsimidən oxudum kim mənə nə deyə bildi ki?" - VİDEO

Hazırda oxunan: Afət Fərmanqızı: "Nəsimidən oxudum kim mənə nə deyə bildi ki?" - VİDEO

8262

“Nizamidən də oxuyaram, Füzulidən də oxuyaram. Nəsimidən oxudum kim mənə nə deyə bildi ki?”

Bizim.Media xəbər verir ki, bunu mügənni Afət Fərmanqızı öz sosial şəbəkə hesabında paylaşdığı videoda bildirib.

O, Nəsiminin qəzəlindən sonra Nizamiyə də müraciət etdiyini qeyd edib:

“Bəzi adamlar var, orda-burda mənim adımı çəkirlər. Deyirlər Afətə deyin ki, Nizami ilidir, bir dənə də Nizamidən oxusun. Oxumuşam! Yaxında görəcəksiniz. Niyə oxumuram?! Nizamidən də oxuyaram, Füzulidən də oxuyaram, kim mənə nə deyə bilər ki?! Nəsimidən oxudum kim mənə nə deyə bildi ki? Deyənin də cavabını verdim”.

Qeyd edək ki, Afət Fərmanqızı İmaddədin Nəsiminin sözlərini hind musiqisi ilə sintez edərək, mahnını “Pəncu şeş” adı ilə ictimaiyyətə təqdim etmişdi. Müğənni bu mahnısına görə bir çox incəsnət adamları, sənətçilər tərəfindən də tənqid olunmuşdu.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO