Tolik Zaurun cəzasız qalmasından DANIŞDI:

Tolik Zaurun cəzasız qalmasından DANIŞDI: "Mən etsəydim, Şura verilişimi bağlayardı" - VİDEO

Hazırda oxunan: Tolik Zaurun cəzasız qalmasından DANIŞDI: "Mən etsəydim, Şura verilişimi bağlayardı" - VİDEO

82576

"Bəlkə də Azərbaycan televiziya məkanında kiməsə (Zaur Kamal nəzərdə tutulur) icazə verilib ki, deyir “Kimi istəyirəm, verilişimə qonaq çağırıram, kimi istəyirəm, efirdən qovuram”. Öz adıma deyirəm, bunu mən edə bilmərəm. Etsəydim, verilişimi Şura bağlayardı. Amma başqaları etdilər, dedilər, haqqı var. Deyir, cənubi azərbaycanlı müğənni Afşin Azəri bayağı mahnı ifaçısıdır. Zamanında onların hesabına reytinq qazananlar indi efirdən qovurlar". 

Bizim.Media xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tolik (Tarix Əliyev) “Tarixin bir günü” gündüz şousunda deyib.  

O, verilişində aparıcı Zaur Kamalın cənubi azərbaycanlı müğənni Afşin Azərini proqramından qovmasından söz açıb. Tolik Audiovizual Şuranın Zauru cəzasız qoymasına sərt reaksiya verib. 

"Zaurun verilişinə bax, ildə 1 dəfə sənətkar və ya muğam ifaçısı olar. Bayağı mahnıları Zaurun verilişi təbliğ edir. Azərbaycan mədəniyyətində bu tip ifaların bir nömrəli təbliğatçısıdır. Bayağı mahnılar oradan çıxıb. Niyə şişirtmisiniz? Nədən qorxursunuz? Verilişimi bağlayacaqlar? Biri ilə pis danışan kimi mənə zəng edirlər. Toxunulmaz aparıcılar yoxdur. Yaltaq müğənnilər çıxıb onu tərifləyir. Onlar lazım olanda yaltaqlıq da edirlər, şirinlikdə”. 

Qeyd edək ki, ötən həftə “Həmin Zaur” axşam şousunun aparıcısı Zaur Kamal "Şəhərdə müsahibə götürdük, adını bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi.
Dediniz ki, Ali Porme və ya digər iranlı müğənnilər kimdir ki, mənim yanımda? İranda səhnələri doldururam. Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan" deyərək müğənni Aqşin Azərini verilişindən qovub. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO