Səidə Şəbnəmi biabır etdi:

Səidə Şəbnəmi biabır etdi: "Əxlaq dərsi verməkdə ən sonuncusunuz" – VİDEO

Hazırda oxunan: Səidə Şəbnəmi biabır etdi: "Əxlaq dərsi verməkdə ən sonuncusunuz" – VİDEO

82226

"Bu yaxınlarda verilişə çıxdım. Fikrimi bildirdim ki, Azərbaycan musiqisi o deyil. "Nanay-nanay" oxuyanlar musiqimizi pis günə qoyublar. Ad da çəkmədim. Sağ olsunlar, bilənlər bildi, söhbət kimdən gedir. Əsas odur ki, özlərini tanıyırlar”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan bir müddət əvvəl fikirlərini başqa yerə yozan həmkarı Şəbnəm Tovuzluya ünvanlayıb.

Sənətçi qarşı tərəfin söylədiyi “Əgər mədəniyyət, əxlaq, insanlıq geyimlə efirə çıxıb bəzi hərəkətlərlə ölçülürsə, onda gözəl geyimlə çıxıb insanlara örnək olan xanımam, həm də əxlaqlıyam. İfam da, tərzim də, xanımlığım da yerindədir" sözlərinə sərt şəkildə reaksiya verib.
“Səhərisi həmin verilişə bu müğənninin ("Tarixin bir günü" günorta şousunda qonaq olan müğənni Şəbnəm Tovuzlunu nəzərdə tutur) gəldiyini gördüm. Ona sual verdilər, o da normal danışdı. Mahnı qaldı kənarda, başladı əxlaqdan danışmağa.  Sən nə əxlaqdan danışırsan, söhbət mahnıdan gedir.

Əxlaqın bura nə aidiyatı var? Guya bu sözləri mənə demir, amma çörəyi qulağıma yemirəm. Düşündüm ki, cavabını verməyim, vaxt gələr üz-üzə oturub başa salaram. Verilişdə mahnıdan danış, sənin əxlaqın kimə lazımdır, bununla xal qazanırsan?”. 
Əsəblərinə hakim ola bilməyən S.Sultan bloger Sevinc Hüseynovanın onu narkoman adlandırmasına sərt reaksiya verib.

“Baxıram, günortadan sonra arvad olan qız indi də mənə “Əxlaqsız, narkoman” deyir. Bildi ki, cavabını verməmişəm, ayağı yer alıb. Siz kimsiniz ki, mənə əxlaqdan dərs deyirsiniz? Sizin əxlaq vərəqinizin arxasında da, qabağında da cızıqlar var. Əxlaqdan danışmayın.

Mən isə subay qızam, kiminsə ərini əlindən almamışam, kiminsə ərindən uşaq dünyaya gətirməmişəm, hansısa gəlini gözüyaşlı qoymamışam, Şəmkir kişilərinin hesabına müğənni olmamışam. Günortadan sonra arvad olan qız, evində ərin yoxdur? Ərinə hörmət etmirsən.

Səninlə dostluğumuz olub, çörək kəsmişik? Bir ərinə, qayınana, qayınatana hörmət et. Ərinə deyirəm, arvadından soruş, əxlaqsızlıq edəndə bəlkə aparmışam, pul verməmişəm, bəlkə bir işim olub? Çıxıb nə ağzınıza gələni danışırsınız. Mənə əxlaq dərsi verməkdə ən sonuncusunuz".  

Qaçqınçılığa gələndə isə... yaşanmış tarixi unutduracaqsan? Təhqir etmişəm? Bu nə kompleksdi düşmüsünüz? Sizin kimi ərə getməyə qalsa, səksən dəfə gedərdim. Özünə hörmət elə".
Qeyd edək ki, S.Sultan “Məndən sonra gələn nəslin müğənniləri "rakada-çıkada", "nanay-nanay" oxuyurlar.

Belə ifalar bizə nə verəcək?! Azərbaycan musiqisinə nə verəcək?! Əksinə, daha da bədbəxt edib, pis günə qoyub. Kənardan gələn qonaq Azərbaycanımın musiqisini dinləyəndə, şəxsən mən utanıram. Deyirəm ki, bunlara qulaq asmasa yaxşıdır" sözləri ilə gündəmin kürəyini yerə vurmuşdu.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO