Müğənni Kərim Abbasovun xanım həmkarı Şəbnəm Tovuzlu ilə “Ürəyimin sultanı” adlı mahnını duet oxuması qalmaqala səbəb olub.
Bizim.Media xəbər verir ki, sənətçinin həmkarları onun Şəbnəmlə duet oxuması bir yana, üstəlik janrını dəyişməsini qınaq obyektinə çeviriblər.
Bunu eşidən Abbasov “Şourum” maqazin verilişində onların duetlərinə “ağız büzən”ləri “qabağına qataraq” tənqid edib. O, heç bir həmkarının iradını qəbul etməyib.
“Həmkarım kimdir ki, məni qınasın. Onlar üçün məni qınamaq çox tezdir. Heç kim məni qınaya bilməz. Getsinlər, özlərini qınasınlar. Onlar üçün Şəbnəm Tovuzlu deyiləm ki, qınayanları yola verim. Mən o deyiləm. Heç kimin işinə qarışmıram. Kiminsə işinə müdaxilə etmirəm. Kim mənim işimə müdaxilə edə bilər?”.
Kərim, həmçinin ifaçıları janra bölən bəzi həmkarlarını “ağ yuyub, qara sərib”.
“Janra görə insanları bölmək doğru deyil. Janr söhbəti edənlərin sevənlərinə baxın, bir də bizim”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:16 / 04.07.2022
Kərim özündən çıxdı: “Şəbnəm Tovuzlu deyiləm ki, qınayanları yola verim” - VİDEO
Hazırda oxunan: Kərim özündən çıxdı: “Şəbnəm Tovuzlu deyiləm ki, qınayanları yola verim” - VİDEO
Hazırda oxunan: Kərim özündən çıxdı: “Şəbnəm Tovuzlu deyiləm ki, qınayanları yola verim” - VİDEO
82186
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.