Fatimə özünə \

Fatimə özünə \"xınalar kraliçası\" titulunu verdi, başına tac qoydu - VİDEO 

Hazırda oxunan: Fatimə özünə \"xınalar kraliçası\" titulunu verdi, başına tac qoydu - VİDEO 

82122

"Mən "xınalar kraliçası"yam".

Bizim.Media xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Rəqqasə bildirib ki, apardığı xına məclislərini rəngarəng və dəbdəbəli etmək üçün xarici ölkələri gəzib, özü ilə oradan bahalı dekorasiyalar gətirib. 

"Binəqədidə olan anbarımda milyondan artıq dəyərində xına dekorasiyalarım var. Hindistandan, Dubaydan, Çinin bir çox şəhərlərini qarış-qarış gəzib, xüsusi ilə Quançjou şəhərindən Bakıya mebellər gətizdirmişəm. Bunu məndən başqa isə heç kim etməyib".

Müsahibəsində F.Fətəliyeva rəqs sənətini diriltmək üçün həmkarlarından onunla rəqabətə girməyə səsləyib.

"Xahiş edirəm, məni özündən çıxartmaq üçün mənimlə rəqabətə girin. O demək deyil, çıxın xalqın önündə özünüzü reklam edin. Xeyr, reklam etməyin, məni özümdən çıxardın. Çünki rəqs sənəti sönüb. İstəyirəm ki, bir perfomans nümayiş etdirim".

Qeyd edək ki, Fatimə Fətəliyevaya ilə yanaşı şairə Nazilə Səfərlinin, müğənnilər Xuraman Şuşalı, Rahidə Baxışova, Əməkdar artistlər Könül Kərimova, Tünzalə Əliyeva və digər sənətçilərin şəxsi xına evləri var. Könül Kərimovanın xına evi isə Moskvada fəaliyyət göstərir.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO