Sevda Sanaliyeva izləyicisi ilə davaya çıxdı:

Sevda Sanaliyeva izləyicisi ilə davaya çıxdı: "Havayı heç bir məclisə getmirəm" - VİDEO

Hazırda oxunan: Sevda Sanaliyeva izləyicisi ilə davaya çıxdı: "Havayı heç bir məclisə getmirəm" - VİDEO

82055

"Əvvəlki illərin öz gözəlliyi və marağı vardı, indiki ilin də öz.  Əvvəllər anam vardı. Həyat mənim üçün çox gözəl və mənalı idi. Amma desəm ki, əvvəlki illərə qayıtmaq istəyirəm, uşaqlarıma qarşı haqsızlıq etmiş olaram. Əvvəllər anama, indi isə övladlarıma görə yaxşıdır. Amma o illər indiki illərdən daha yaxşı idi".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Sanaliyeva sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.

Sosial şəbəkə əhlinin suallarını cavablayan sənətçi "S.T.Ağayeva" adlı qadın izləyicinin "Doqquz il sonra mənim uşağım dünyaya gəldi. İki aydan sonra ad onun doğum günüdür. Çox istərdim ki, iki mahnı da olsa gəlib məclisimizdə oxuyardınız" sözlərinə sərt şəkildə reaksiya nümayiş etdirib.

Sevda "Doqquz il sonra sənin övladın olub, yeddi il sonra isə mənim. Məni ağır danışdırmayın. Havayı mən heç bir məclisə getmirəm. Kefdədirlər..."- deyə cavab verib.

Müğənninin kəskin cavabından sonra "Nigar Şahpelengova" adlı daha bir qadın izləyici "Niyə hamıya aqressiv cavab verirsiz?" sualına Sanaliyeva bu sözləri ünvanlayıb.

"Hamıya aqressiv cavab vermirəm. Yaxşı yazanlara yaxşı, pis yazana isə pis cavab verirəm. Yəni layiqli cavab".

Qeyd edək ki, S.Sanaliyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutub. Elə həmin ilin sentyabrında sənətçi üç aylıq hamilə olduğunu açıqlayıb. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə 2016-cı ilin avqustunda doğulub. O, qızının atasının Cəmil bəy olduğunu, onunla evləndiyini mediaya açıqlayıb".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO