"Paylaşımlarımı və videolarımı görüb qıcıqlananlara, internetdəki həştəqlərə (pis rəy yazanlar) yalnız təşəkkürümü bildirirəm. Qəşəng reytinqə işləyirsiz. Üstəlik pulsuz və təmənnasız. Camaat reklamına ciddi pullar xərcləyir. Siz isə məni pulsuz reklam edirsiz".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib.
Sənətçi onun ünvanına pis şərh yazanlara və sosial şəbəkə platformalarında qara piar aparanlara təşəkkürünü bildirib.
"Yazılanlara gözümün ucu ilə baxıram, çünki nəyisə silməyi sevmirəm. Bir zamanlar yazılan pis rəyləri silərdim, amma indi deyirəm ki, qoy ürəklərini boşaltsınlar. Yaxşı işləyirlər. Bir məsələ yadıma düşdü. Haqqımda neqativ sözlər yazanlara təşəkkür olmalıyam ki, onların nə üzlərini görmüşəm, nə də ki, adlarını tanıyıram. Anlayıram ki, tanınmışlar haqda milyon fikirlər yazırlar, sən hamının sevimli ola bilməzsən. Pul deyilsən ki, hamı səni sevsin. Bu, belə də olmalıdır, zövq məsələsidir".
Rəşad Əliyev, Bizim.Media