Rəqqasə Fatimə:

Rəqqasə Fatimə: "Elə məşhurlar var ki, əməliyyatdan sonra ombaları çürüyüb" - VİDEO 

Hazırda oxunan: Rəqqasə Fatimə: "Elə məşhurlar var ki, əməliyyatdan sonra ombaları çürüyüb" - VİDEO 

81970

"Beş il əvvəl plastik əməliyyat olundum. Bu əməliyyatı komplekslərimdən azad olmaq üçün etdirdim".  

Bizim.Media xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Keçirdiyi plastik əməliyyatlarından söz açan rəqqasə illər əvvəl bıçaq altına uzanmasının səbəblərini açıqlayıb: 

"İkinci dəfə ana olduqdan sonra çəkim artdı. Rəqs və idman etsəm də istədiyim kimi özümü görə bilmədim. Bu səbəbdən bıçaq altına uzandım. Son illər xanımlar daha da cazibədar görünüb, "90-60-90" vücuda sahib olmaq üçün əməliyyatlar etdirirlər".  
Bir çox məşhur xanımların bəhsə girib, bir-birinin acığına ombasını böyütmələrinə Fatimə sərt reaksiya verib. O ad çəkməsə də, bır sıra ulduzların ombalarının çürüdüyünü dilə gətirib:

"Xanım məşhurların plastik əməliyyatla ombalarının həcmini aşırı dərəcədə böyüdüblər. Zaman gələcək onlar bunu etdirdiklərinə görə çox peşman olacaqlar. Eşitmişəm ki, bir sıra xanımlar ombalarını silikonla böyüdüblər sonra yenidən əməliyyat etdirib, onları oradan xaric ediblər.

Çünki çürüyüb. Onların adlarını çəkmək istəmirəm. Çox tanınmış simalardır. Elə düşünməsinlər ki, mən burada kimisə pisləyib, söz atıram.

Deyəcəklər ki, buna bax özü əməliyyat etdirib, bizə söz atır. Yenədə də təkrarlıyıram, beş il əvvəl etdirdiyim plastik əməliyyatlardan sonra əldə etdiyim nəticəni və formanı çalışıram qoruyub saxlayıram. Mənim heç yerim sallanmır, ətim bərkdir".

F.Fətəliyeva sözügedən mövzu haqda fikirlərini belə davam etdirib:

"Məndə onlardakı kimi deyil. Onları görəndə dəhşətə gəlirəm, şoka düşürəm. Baxıb düşünürəm ki, onlar bu böyüdülmüş omba ilə necə gəzillər. Onların bədən quruluşundakı etdirdikləri dəyişiklik ön plana çıxır və vizual olaraq çox pis görsənir.
Hər şeyi həddi, çərçivəsi, həcmi var. Böyük ölçülü omba etdirmək nəyə lazımdır?! Bu bir dəbdir amma bu dəbdə artıq gedir".  

Qeyd edək ki, Fatimə Fətəliyeva illər əvvəl bədənşəkilləndirmə əməliyyatı keçirib. O da digər məşhurlar kimi 2 dəfə burnunda "rinoplastika" və omba "popoplastika" əməliyyatı keçirib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO