Aktyor, rejissor və əyləncə gecəsinin aparıcısı Mett Ford meymunçiçəyi xəstəliyinə yoluxub.
Bizim.Media xəbər verir ki, o, bu barədə "Twitter" hesabında məlumat verib.
Aktyor, yoxluxduğu haqda bunları yazıb:
"Bütün bədənimdə ləkələr var. Bunlar ilk simptomlar idi. Sonra üşütmə və öskürək, şiddətli gecə tərləmələri və boğaz ağrısı başladı. Bir neçə gün ərzində bütün bunlar keçdi, lakin yeni dəri suluqları görünməyə başladı. Bu qaşınma və yerli ağrı ilə müşayiət olunur”.
Aktyor deyir ki, “Qürur ayı”nın (Pride month) başlaması ilə əlaqədar meymunçiçəyi xəstəliyinin yayılmasından narahatdır. Onun fikrincə, bir çox geylər xəstəliyin yüksək riskini və şiddətini dərk etmirlər: “Onlar hələ də gey parad üçün Nyu-Yorka getməyə hazırlaşırlar”.
Mett Ford hesab edir ki, çoxlarının meymunçiçəyi haqqında məlumatı yoxdur, ona görə də belə kütləvi hadisə güclü epidemiyaya və xəstəliyin sürətlə yayılmasına səbəb olacaq.
Aktyor məhz bu səbəbdən xəstəliyi barədə ictimaiyyətə danışmaq qərarına gəlib.
Qeyd edək ki, meymunçiçəyi olan insanlar, bütün irinli suluqlar təmizlənənə, qabıqlar tökülənə və ləkələr üzərində yeni dəri böyüyənə qədər yoluxucu sayılırlar.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:42 / 02.07.2022
Məşhur aktyor meymun çiçəyinə yoluxdu
Hazırda oxunan: Məşhur aktyor meymun çiçəyinə yoluxdu
Hazırda oxunan: Məşhur aktyor meymun çiçəyinə yoluxdu
81944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.