Xalq artisti Kazım Abdullayev şantaj olunduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, aktyor başına gələn xoşagəlməz hadisə ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
K.Abdillayev bir qadının ona yazdığı mesajları yayımlayaraq, bunları yazıb.
"Əziz dostlar, son vaxtlar məni erotik videolarla şantaj edirlər. Məndən pul istəyirlər. Bu nə mənim yaşıma, nə də statusuma yaraşan bir işdir. Hamınız məni gözəl tanıyırsınız. Mənim bu ağır vaxtımda - qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər.
Kimin mənə qarşı təxribatı olduğunu bilmirəm. Əgər pul verməsəm, dostlara videonu göndərəcəkləri ilə şantaj edirlər. Gələn təhdid mesajlarını sizinlə bölüşürəm. Bu səbəbdən “Facebook – messenceri” və “Whatsapp”ı bağlayıram. Hüquq-mühafizə orqanlarından da xahiş edirəm ki, bu məsələ ilə bağlı mənə kömək etsinlər”.
Qeyd edək ki, K.Abdullayev ötən ay qardaşı Suleymanı, bir neçə gün əvvəl isə bacısı Rədilə xanımı itirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:12 / 01.07.2022
Xalq artistini erotik videolarla şantaj edirlər – FOTO
Hazırda oxunan: Xalq artistini erotik videolarla şantaj edirlər – FOTO
Hazırda oxunan: Xalq artistini erotik videolarla şantaj edirlər – FOTO
81867
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.