Məleykədən ETİRAF:

Məleykədən ETİRAF: "Qızım üçün hər şey etdiyimə görə, var-dövlətim gəlir" - VİDEO  

Hazırda oxunan: Məleykədən ETİRAF: "Qızım üçün hər şey etdiyimə görə, var-dövlətim gəlir" - VİDEO  

81817

“Qızım üçün yaşayıram. Bütün işlər mənim üstümdədir. Həm ev, həm usta işi. Amalım, həyat məqsədim Gülərdir. Onun işləri üçün qaçıram. Onu müəllimlərə aparmışam. O qədər işlərim olub ki, amma onları Gülərə görə saxlamışam”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkə hesabında qızı Gülərin məzun gecəsinə hazırlaşdığı zaman gözəllik salonundan açdığı canlı yayımda deyib. 

O sonra bunları qeyd edib: 

“Valideynlərə deyirəm ki, övladlarınıza sevgi, diqqət və qayğı verin. Gülər ailədə yalnız məhəbbət görür. Amma elə bilməyin ki, onun cəzası olmur. Onun cəzası da, mükafatı da var”.  

Qızına heç nəyi əsirgəmədiyini dilə gətirən aktrisa kövrəlib:  

“Uşağımla “pizza evləri”nə də getmişəm, “Disneyland”a da aparmışam. Sevgi, qayğı, diqqət pulla deyil. Sevgi içdən gələn hissdir. Həyatın ən böyük gözəlliyi də sevgidir. Övladların ürəkləri safdır, gözəldir. Onlar ağ səhifədə yaşayırlar. Allah bütün valideynləri övladları ilə sevindirsin. Gülər “kukla”dır”.  

M.Əsədova qızına göstərdiyi qayğısını və diqqətini bu sözlərlə ifadə edib:  

“Gülər deyir ki, ana, imtahanlarım yaxşı olacaq. Narahat olma. Mən isə daha çox həyəcanlıyam. İki gündür sevincdən yata bilmirəm. Qəlbimin içi o qədər çırpınır ki... Qızımın səkkiz ayı vardı, onu özümlə gəzməyə aparırdım. Mənə deyirdilər ki, o nə başa düşür gəzmək nədir?  
Deyirdim ki, onun dünyagörüşü gəzdikcə artır. Bizim milyonumuz yoxdur, amma bizim milyona bərabər daxili sevgimiz var. Qızım üçün hər şey elədiyimə görə, var-dövlətim gəlir. Gülərin savadı, tərbiyəsi, ağlı...”  

Rəşad Əliyev, Bizim.Media

 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO