Ona görə

Ona görə "MTV Azerbaijan"a xəbərdalıq edilib - VİDEO

Hazırda oxunan: Ona görə "MTV Azerbaijan"a xəbərdalıq edilib - VİDEO

81672

Xəbər verdiyimiz kimi, Audiovizual Şurası “MTV Azerbaijan” televiziya kanalının efirində 25 iyun 2022-ci il tarixdə saat 12.00–13.00 arası yayımlanan “MTV maqazin” proqramında “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) tələbinin pozulması faktı müzakirə olunub. 

Bizim.Media xəbər verir ki, qanunvericiliyin pozulması faktı və kanala göndərilən xəbərdarlıq sözügedən verilişdə müğənni Kərim Abbasovun xəyanətlə bağlı açıqlaması ilə əlaqələndirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Muz TV"yə xəbərdarlıq edildi


Müğənni tərəfindən “Ailəni dağıtdın e. Bax, o, kişidi. Yenə də gedib ikinci dəfə evlənəcək. Ay qadın yazıq, bəs sən neynəyəcəksən?

Bax, uşaqla da qalacaqsan evin bir küncündə...ikinci dəfə ərə gedəcəksən. O ya çata, ya bata. Uşaqla kimdi səni alan?... Oturacaqsan evdə tək?... boşananlar var ha (qadınlar nəzərdə tutulur), 99 faizi hamısı peşmandı. Nəyə görə? Oturub evdə, ailə yox, bir uşaqla, ərə gedə bilmir, saxlayanı yoxdu... nə xanım kimi xanımdı, ya nökər kimi nökərdi...” ifadələr yer alıb. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO