Stilist Anar: “O mədəniyyətsiz qadın çanta ilə sürücünü vururdu” - VİDEO

Stilist Anar: “O mədəniyyətsiz qadın çanta ilə sürücünü vururdu” - VİDEO

Hazırda oxunan: Stilist Anar: “O mədəniyyətsiz qadın çanta ilə sürücünü vururdu” - VİDEO

81649

Dünyaca məşhur stilist Anar Ağakişiyev ötən gün Sumqayıt avtobusunda baş verən davaya münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, stilist sosial şəbəkə hesabında “Bakı Nəqliyyat Agentliyi”ni işarəyələrək videomüraciət ünvanlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıt avtobusunda əlbəyaxa DAVA – Sürücü qadını avtobusdan çölə ATDI - VİDEO


A.Ağakişiyev sürücünün sərnişin qadının avtobusdan çölə atdığına görə işdən qovulmasına üsyan edib. 

Stilist qadının sürücüyə qarşı təhqirlərini və əl qaldırmasını tərbiyəsizlik adlandıraraq, avtobusu idarə edən şəxsin müdafiəsinə qalxıb.  

“Üzümü Bakı Nəqliyyat Agentliyinə tutub xahiş edirəm, o sürücünü işdən çıxartmayın. Çünki sürücünün heç bir günahı yoxdur. Sərnişinləri dayanacaq mədəniyyətinə öyrətmək lazımdır. Gözəl dayanacaqlar quraşdırıldı, iki gündən sonra isə orada meyvə-tərəvəz başladı satılmağa. Əgər dayanacaq yeri varsa, sürücü avtobusu kənarda niyə saxlamalıdır? O mədəniyyətsiz, tərbiyəsiz qadın çanta ilə sürücünü vururdu. Sürücü qadının bu hərəkətinə necə cavab verməli idi ki? Durub, baxmalıdır? Çox xahiş edirəm, sürücünü işə geri qaytarın. Həmin sürücü mənim qohumum, nə də ki tanışımdır, heç kimim deyil, amma o niyə işindən olmalıdır? Beş manat çörək qazanmaq üçün küçəyə çıxıb. Niyə çörəyindən olmalıdır?

Əgər sərnişinlər nə yolu düzgün keçmək qaydasını bilirlər, nə dayanacaq mədəniyyətini bilirlər, nə də ki dayanacaqdan düzgün istifadə etmək mədəniyyətini bilirlər.

Bununla bağlı səviyyəli reklam çəkib, televiziyalarda yayımlayın. Reklamda isə sərnişinlərə izah edin ki, sovet dövrü getdi, “alabaş” avtobusları harada istəyirdilər saxlayırdılar. O dövr getdi. İndi dayanacaq mədəniyyəti və ictimai nəqliyyatdan duzgün istifadə etmək mədəniyyəti var. Əgər mədəniyyətsizlər onu düzgün istifadə edə bilmirlərsə, o yazın sürücü nə etsin?” 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO