Əməkdar artist Aşıq Samirə Əliyeva "Sazəndə aşıqlar"larla birlikdə yeni layihələrini təqdim edib.
Bizim.Media xəbər verir ki, sənətçilər sazda ifa etdikləri "Misridən Cəngiyə" musiqisini ekranlaşdırıblar.
Çəkilişləri "Qala qoruğu"nda baş tutan klipi S.Əliyeva rəsmi "YouTube" kanalında yayımlayıb. Sözügedən əsərin rejissorluğu Əməkdar incəsənət xadimi Ülviyyə Könülə həvalə edilib.
"Bütün layihələrimi aşıq sənətinin ifaçılıq qaydalarına xələl gətirmədən təqdim etmək mənim üçün çox önəmlidir. Bu dəfə sizlərin qarşısına solo və duet deyil, böyük qrupla gəldim. Düşünürəm ki, çağdaş aşıq sənətinin inkişafına töhfə vermiş olarıq", - deyə aşıq bildirib.
Redaksiyamızın əməkdaşının,"Klip hansı məbləğə başa gəlib" sualına Əməkdar artist belə cavab verib:
"Bir onu bilirəm ki, yenə də mən bu yay istirahətimdən qaldım".
Rəşad Əliyev, Bizim.Media