Aygün Kazımovanı məğlub edən müğənnimizin faciəvi həyatı: 31 yaşında Amerikada güllələndi – FOTO

Aygün Kazımovanı məğlub edən müğənnimizin faciəvi həyatı: 31 yaşında Amerikada güllələndi – FOTO

Hazırda oxunan: Aygün Kazımovanı məğlub edən müğənnimizin faciəvi həyatı: 31 yaşında Amerikada güllələndi – FOTO

81198

Azərbaycanlı müğənni Sevil Hacıyeva haqqında 10 maraqlı fakt üzə çıxıb.

Bizim.Media Kulis.az-a istinadən bu faktları sizə təqdim edir:

Sevil Hacıyeva Bakı şəhərində anadan olub. Gənc yaşından musiqi fəaliyyətinə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil alır.

Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan “Karvan”la bağlıdır.

O, “Yanğı”, “Köhnə tramvay”, “De, kim eşitsin” kimi mahnıların ifaçısı olub. Onun ən çox duet ifa etdiyi müğənnilərdən biri Samir Bağırov olub.
1993-cü ildə “Karvan” qrupu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünmür. O, digər həmyaşıdları və həmkarları kimi dövrün ağır şərtlərindən təsirlənərək, səhnələrdən uzaq düşür.

1988-ci ildə “Bakı Payızı- 88” müsabiqəsinin laureatlarından biri olur. “Yurmala” müsabiqəsində gənc musiqiçilərin yarışında iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin finalına çıxır.

Sonralar isə “Qaya” qrupunun bədii rəhbəri Teymur Mirzəyevin dəvəti ilə qrupda çıxış etməyə başlayır. Bəstəkar Eldar Mansurovla davamlı əməkdaşlıq edib, onun yazdığı mahnıları oxuyur.

Vərəm xəstəliyindən əziyyət çəkən, ailə problemləri yaşayan müğənni tanış olduğu ABŞ vətəndaşının köməkliyi ilə Los-Ancelesə köçür. 8 Sentyabr 1996-cı ildə Ian Mussman adlı biri ilə evlənir. Həyatının ikinci baharını yaşayan Sevil Hacıyeva vərəm xəstəliyindən müalicə olunaraq sağalır, Los-Ancelesdə konservatoriyada təhsil almağa başlayır. Öz pulunu qazanmaq üçün isə gecələr şəhərin prestijli klublarının birində səhnəyə çıxır.

Sevil Hacıyeva rəsmi olaraq “Məhdud iş imkanı üçün icazə verilən xarici tələbə” statusunda olub. Sosial Təhlükəsizlik koduna sahib olub.

Sevil Hacıyevanın yaradıcılığının çiçəklənən vaxtı faciəli hadisə onun gənc həyatını yarıda saxlayır. 12 sentyabr 2000-ci ildə bir dostu ilə səhnəyə çıxdığı klubdan evə qayıdarkən onun yolunu soyğunçu kəsir.

Ciblərindəki pulları tələb edən oğruya tabe olmadığı üçün soyğunçu əvvəlcə Sevilin dostunu güllələyir. Daha sonra isə kömək çağırmaq üçün kluba doğru qaçan Sevil Hacıyevanı güllə ilə isə belindən vuraraq öldürür.
Öldürülən zaman gənc solistin 31 yaşı olur. Karvan qrupunun solisti ölümünün ardından “Hollywood Hills” məzarlığında torpağa tapşırılır.

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO