Xalq artisti:

Xalq artisti: "Atam xanəndə yox, kolxoz sədri olmağımı istəyirdi" - VİDEO

Hazırda oxunan: Xalq artisti: "Atam xanəndə yox, kolxoz sədri olmağımı istəyirdi" - VİDEO

81170

"Valideynlərimin marağı yox idi, təkanı da olmadı. Onlar mənim xanəndə olmağımı istəmirdilər".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Zabit Nəbizadə qonaq olduğu "Fatehin divanı" axşam şousunda deyib.  

Sənətçi bildirib ki, atası onun xanəndə olmağına qarşı çıxıb və özü kimi kolxoz sədri olmasını istəyib:  

"Kənddə yaşamış insanlar olmuşuq. Mərhum atam hər zaman kənd təsərrüfatında vəzifədə olub. O, aqronom, zootexnik, təsərrüfat briqadiri, kolxoz sədri, kənd sovetində çalışıb. Atam söyləyirdi ki, yanımda qal.
O, istəyirdi ki, özündən sonra mən kolxozda qalıb oranın sədri olum.

Səliqə-səhmanlı idim, yalanım yox idi. Dürüst bir insan olduğuma görə, atam istəyirdi ki, kənddə qalım. Hərbi xidmətdən gələndən sonra ona söylədim ki, "Ailənin ikinci övladıyam. Məndən savayı daha bir neçə uşaq var.

Məni neynirsən? Burax məni, çıxım gedim". Atam istəmirdi, anamla qardaşımın ondan razılığını alıb çıxdım aradan. Sonra xəstələndim (red. açıqlamalarında Hepatit B-yə tutulduğunu bildirmişdi). Xəstəlikdən çox əziyyətlər çəkdim. Amma sonra istədiyimə nail oldum".  

Verilişin aparıcısı Dj Fatehin "Hansı hadisədən sonra valideynləriniz sizinlə fəxr edib?" sualına Z.Nəbizadə belə cavab verib:

"Əməkdar artist" fəxri adı aldığım gün Şamaxının "Çaylı" adlı bir kəndində toyda idim. Yəni xəbərim yox idi. Orada da telefon tutmurdu.

Məclis günorta başlamışdı. Toyun yiyəsi mənə demişdi ki, axşam saat səkkizdə məclisdən çıxmalı idim. Saat doqquz oldu, toydan buraxmadılar. Söylədim ki, getməliyəm. Vacib işim də yox idi, amma söz danışıqdan keçər deyə Bakıya geri dönməli idim.
Onun yarısında toydan çıxdım, baxıb gördüm ki, telefonuma nə qədər mesajlar və zənglər gəlib. Yoldaşlardan biri zəng edib dedi ki, sizi təbrik edirəm. Sual verdim ki, "Məni təbrik etməkdə səbəb nədir?", cavab olaraq söylədi ki, "Xəbərin yoxdur, sən "Əməkdar artist" fəxri adla təltif olunmusan".

Dedim ki, xəbərim yoxdur. Bunun zarafat olduğunu düşündüm. Evə zəng vurdum, soruşdum ki, xəbərlərə baxmısız? Dedilər ki, "Xeyr, baxmamışıq xəbərimiz yoxdur". Şamaxıdan gələndə atamı görməyə getdim.

Sorğu-sual etdim gördüm ki, onun da xəbəri yoxdur. Atama söylədim ki, "Əməkdar artist" adını almışam. O bu xəbəri eşidib sevindi. Atam qapalı adam olub. Çox hiss elətdirmirdi. Amma mənə elə gəlir ki, hər bir valideyn övladının sevincinə şərik olub, onunla fəxr edir".  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO