Yenicə nənə olan Flora Kərimova:

Yenicə nənə olan Flora Kərimova: "Zümrüdün daha əvvəl qız övladı tələf olub" - VİDEO

Hazırda oxunan: Yenicə nənə olan Flora Kərimova: "Zümrüdün daha əvvəl qız övladı tələf olub" - VİDEO

81107

"Nəvəmə hələ ad qoymamışıq. Körpənin 40-nın çıxmasını gözləyirik. Uşaq yiyəsi deyiləm. Uşaq yiyəsi ata tərəfdir deyə, bir az özümü yığışdırmışam. Hikkəmdən əl çəkmişəm. Nəvəmə nə ad qoysalar, qəbulumdur, çünki çox gözlədiyim hadisə idi".

Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl növbəti dəfə nənə olan Xalq artisti Flora Kərimova "Şourum" maqazin verilişinə müsahibəsində deyib.

Sənətkar qızı Zümrüdün dünyaya gətirdiyi körpəsi ilə bağlı sevinc hisslərini bu sözlərlə ifadə edib.

"Nəvəm dünyaya gəlməsinin eşidəndə az qala ürəyim ağzımdan çıxdı. Sevinc hisslərim çoxdur. Nəvəmin doğulması mənim üçün özü elə hədiyyədir. Zümrüdə deyirəm ki, "Kolyaska alacağam". Cavab olaraq söyləyir ki, "Lazım deyil, Londonda hər şey satılır. Özümüz alacağıq". Dedim ki, satıllarsa, o zaman bazarlığa sən və ərin gedərsiz, xərcləyərsiz özünüz. Mənim pullarım da qalar cibimdə".

F.Kərimova bildirib ki, qızı Zümrüd daha əvvəl dünyaya qız övladı gətirmək istəsə də, körpəsi tələf olub.

"Taleh məni iki dəfə cəzalandırdı. Üçüncü dəfəsindən qorxurdum. Amma üçüncü dəfə xeyirli gəldi. Daha əvvəl Zümrüd ana olacaqdı. Amma körpəsi bətnində tələf oldu. Qız övladı "Floroçka" olacaqdı. Gözləyirdim, amma körpəni xilas edə bilmədilər”.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO