Meyxanaçı Aqşin Fateh ilə opera və vokal ifaçısı Lətifə Soyuöz açıqlamaları ilə dillərə düşüblər.
Bizim.Media xəbər verir ki, söz ustadı "Şourum" maqazin verilişinə müsahubəsində aldığı bahalı hədiyyədən söz açıb.
Qız fanatından 6500 manatlıq şokoladdan hazırlanmış çələng hədiyyəsi alan Aqşin bununla kifayyətlənməyib, ona dodaq qaçıran qiymətə hədiyyə olunan avtomobil nömrəsindən danışıb.
A.Fateh bildirib ki, ona 70.000 manatlıq avtomobil nömrəsi hədiyyə olunub.
Sözügedən açıqlamanın ardından verilişdə qonaq olan Lətifə Soyuöz idarə etdiyi avtomobilinin nömrəsinin qiymətinin 170.000 manat olduğunu söyləyərək, qarşı tərəfə "göz dağı" verib.
Rəşad Əliyev, Bizim.Media