Nura Suri:

Nura Suri: "Adım brenddir" - VİDEO  

Hazırda oxunan: Nura Suri: "Adım brenddir" - VİDEO  

80913

“Evli olanda da, boşanandan sonra da geyimlərə çox önəm vermişəm. Bir gün başa düşdüm ki, hər şey mənə deyilən kimi deyil. Bu məsələlər məni “qula” çevirir. Bunu gördüm bunu alım, sənə xoşbəxtliyi artıq aldığın geyim bəxş edir. Anladım ki, bu məni nə zövqlü, nə də ki dəyərli edə bilməz. Tanıdığım insanlar var ki, geyimlərə bir aya yüz min pul xərcləyir, amma əynində geyimin o dəyərdə olması görünmür”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu “10-da görüşək” səhər şousunda deyib.  

Sənətçi bir çox həmkarlarının bahalı geyimlərə ətək-ətək pul xərcləmələrinə ağız büzüb.  

“Bahalı geyimlərə pul xərcləmirəm. Öz qazandığım pula geyim alsam, heyifim gələr. Bu gün milyonum da olsa, gedib 20, 30 min manatlıq geyimlər alım ki, dəyərli olum? Adım brenddir, bu gün tanınıram.  
Əgər zövqüm varsa, 5-10 manatlıq köynəyi, bax elə əynimdə gördüyün bu köynəyi - hansını ki, 10-15 manata Türkiyədən almışam, elə geyinib təqdim edərəm ki,  zövqlü görünərəm. Qolumda və boynumda olan aksesuarlar brilliantdır. Bunu taxmasam da, fikir verən yoxdur, özüm görürəm. Kimsənin geyiminə fikir vermirəm. Dəb arxasınca qaçan insan isə zövqlü deyil”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO