Əməkdar artist həmkarlarının \

Əməkdar artist həmkarlarının \"omba\" əməliyyatlarını ələ saldı: \"Karikaturaya oxşayırlar\" – VİDEO 

Hazırda oxunan: Əməkdar artist həmkarlarının \"omba\" əməliyyatlarını ələ saldı: \"Karikaturaya oxşayırlar\" – VİDEO 

80841

“Plastik əməliyyata ehtiyacım yoxdur. İndi baxırsan cavanlar da əməliyyat etdirir. Heç olmasa onlar etməsin. Heç vaxt əməliyyat etdirməmişəm, heç etdirmərəm də. Eləsəm, mimikam itər. Sənət adamlarının adı çıxıb. Başqaları onlardan çox etdirirlər. Onlarda ürək var. Qüsuru varsa, etsin. Baxıram yaşlı qadındır, ev xanımına oxşayır, o gedib kim üçün bunları edir?”

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Müsəvi qonaq olduğu “7 canlı” axşam şousunda deyib.  

Sənətçi müğənnilərin bir-birinin acığına etdirdikləri plastik əməliyyatları tənqid edib.  

Musəvi sonra həmkarlarının omba əməliyyatları etdirmələrini məsxərəyə qoyub:  

“Baxırsan gözəl xanımdır, müğənnidir, ancaq yanağını necə doldurubsa, gözü itib. Gül kimi gözləri var. Hamısı tülkügöz olublar. Xəstəlikdir deyəsən, bir-birilərinə baxıb gedib əməliyyat etdirirlər. Boyları balaca olan müğənnilər ombalarını böyüdüblər.
Əvvəlki "Kirpi" jurnalındakı karikaturaya oxşayırlar. Çox gülünc görünürlər. Eybəcər və pis görünürsünüz. Boy balaca, omba enli. Əsəbiləşirəm onlara baxanda. Dəhşətə gəlirəm bunlara. Epidemiyadır, guya bununla reytinq qazanırlar?"  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO