Kurtlar Vadisinin

Kurtlar Vadisinin "Kılıçı"ndan Necati Şaşmaz ETİRAFI: "Hamımız gedəcəkdik, çox pul verdilər" 

Hazırda oxunan: Kurtlar Vadisinin "Kılıçı"ndan Necati Şaşmaz ETİRAFI: "Hamımız gedəcəkdik, çox pul verdilər" 

80805

İllər sonra “Kurtlar Vadisi” serialında Kılıç obrazını canlandıran Attila Olqaç etirafı ilə təəccübləndirib.  

Bizim.Media xəbər verir ki, Olqaç Polat Alemdar obrazını canlandıran Necati Şaşmazla bağlı təriqət xəbəri çıxandan sonra serialdan ayrılmaq istədiklərini bildirib.  

"Hamımız gedəcəkdik. Aldığımız pulun iki qatını verdilər, biz də qaldıq. Zəfər Ergin (Mehmet Karahanlı) 3 dəfə tələb edəndə isə 10 epizoddan sonra öldürüldü" – deyə, Olqaç bildirib.  

Atilla qonaq olduğu “YouTube” proqramında verdiyi açıqlamada "Hamımız gedəcəkdik. Amma dolanmaq üçün yaşamaq vacibdir. Pul kisəsinin ağzını açdılar, aldığımız pulun iki qatını verdilər. İkiqat pul ödəniləndə razılaşdıq”, - deyə fikirlərini səsləndirib.  

Olqaç açıqlamasının davamında serialda Mehmet Karahanlı obrazını canlandıran Zəfər Erginin serialın çəkilişinin davam etdirilməsi üçün 3 qat qonorar istədiyini də qeyd edib:  

“Zafer Ergin 3 qat çox pul istədi. Ona istədiyi məbləğ ödənilmədi. 10 bölüm sonra o, öldürüldü. Zafer belə getdi. Yoxsa, o da getmirdi. Serialda o, erkən öldürüldü”.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO