Konserti olacağını açıqladı, qalmaqalın mərkəzinə düşdü

Konserti olacağını açıqladı, qalmaqalın mərkəzinə düşdü

Hazırda oxunan: Konserti olacağını açıqladı, qalmaqalın mərkəzinə düşdü

80774

Dünya şöhrətli pop ulduz Adel “Hyde Park”da çıxışını açıqladıqdan sonra pərəstişkarlarının qəzəbinə tuş gəlib.  

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.  

“Bu inanılmaz olacaq! Bütün gün çıxışlarım olacaq” – deyə, Adel yazıb. 

Lakin müğənninin pərəstişkarları onun sevincini bölüşməyiblər.  Onun Las-Veqasda planlaşdırılan şounu necə ləğv etdiyini xatırlasalar da, yeni tarixlər təyin etməyiblər.  

Sosial şəbəkə əhli Adeli şərhləri ilə “yıxıb-sürüyüb”lər:  

“Las Veqasdakı şou haqqında nə demək olar?”, “Zarafat edirsiniz? Siz hələ də Las-Vegas şousunun yeni tarixlərini açıqlamamısınız. Məyus etdin”, “Yaxşı, bəs Veqas? Beş ay keçdi və yeni tarixlər açıqlanmayıb. Sənin yanına gəlmək üçün külli miqdarda pul ödəyən azarkeşlərə münasibətin məni çox məyus etdi. İnsanlara hörmət etmədiyinizi göstərdiniz”.  

Xatırladaq ki, müğənni yanvar ayında ölkənin hər yerindən səyahət edən, artıq biletləri almış və oteldə qalma pulunu ödəmiş pərəstişkarlarının qəzəbinə səbəb olan çıxışdan dərhal əvvəl planlaşdırılan şounu ləğv etmişdi.  
Müğənni konsertin ləğvini komanda üzvlərindən birinin koronavirusa yoluxması ilə izah edib, lakin sonradan şəbəkədə bunun pop ulduzun texnikaya görə yaratdığı qalmaqalla bağlı olduğu barədə şayiələr yayılıb. İnsayderlər həmin an Adelin sevgilisi, idman agenti Riç Paul ilə münasibətlərində problemlərin olduğunu bildiriblər.  

Bundan əvvəl isə müğənni daha bir qalmaqalın mərkəzində olub.  

Adel kraliça II Yelizavetanın iyun ayında Londonda keçirilən platin yubileyində çıxış etməkdən imtina edib. O, bunu işin çoxluğu ilə izah edib.  Bundan sonra fanatlar "ulduz xəstəliyinə tutulmusan”, -  deyərək, şərhlər yazıblar.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO