Bülent Ersoy məzarında liftin olması xəbərini yalanladı - FOTO

Bülent Ersoy məzarında liftin olması xəbərini yalanladı - FOTO

Hazırda oxunan: Bülent Ersoy məzarında liftin olması xəbərini yalanladı - FOTO

80411

Türk sənət musiqisinin divası Bülent Ersoy özünü onun köməkçisi kimi qələmə verən Fevzi Siverekin ötən gün 1,5 milyon lirəyə liftli məzar hazırlatması barədə açıqlamasına sərt reaksiya verib. 

Bizim.Media xəbər verir ki, sənətkar bu məlumatın dezinformasiya olduğunu bildirib. 

“Əziz atamın dəfn mərasimində dediyim sözlərin videosu əvvəlcə “Instagram”da yayıldı, sonra müsahibədə mənə bu mövzuda sual verildi, bu gün isə “1,5 milyon TL büdcə ayrıldı, Bülent Ersoyun qəbri dərin olacaq, liftlə enəcək”... Haqqımda açıqlama verən və ya verə bilən hər hansı şəxsin və ya şəxslərin bu “axmaq” sözləri mediada belə böyük yer tutacaqmı?

"Məzarı üçün 1,5 milyon TL büdcə ayırdı" başlıqları "mətbuat azadlığı" çərçivəsindədirmi?

Məntiqli və etikdirmi? Yeri gəlmişkən, mənim səlahiyyətli menecerim Haluk Şentürkdür” - deyə, B.Ersoy bildirib.                     

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO