Şəbnəm Səidənin ittihamlarına cavab verdi: \

Şəbnəm Səidənin ittihamlarına cavab verdi: \"İnsanlara örnək bir xanımam\" - VİDEO

Hazırda oxunan: Şəbnəm Səidənin ittihamlarına cavab verdi: \"İnsanlara örnək bir xanımam\" - VİDEO

80372

“Bizi küçümsəmək və kateqoriyalara bölmək düzgün deyil. Biz istəsək onların da janrında ifa edə bilərik. Bu gün mahnı janrında, kütlə musiqisində, efirlərin təlabatında, reytinqdə izləyək görək kim birinci yerdə olacaq. Biz hər zaman üstünük”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Tarixin bir günü” günorta şousunda deyib.  

Bir neçə gün əvvəl müğənni Səidə Sultanın efirləri bayağılıqda günahlandırması eyni zamanda bayağı ifaçılara görə “Azərbaycan musiqisi zay günündədir” sözlərinə Şəbnəm sərt şəkildə təpki verib. O, həmkarına “dostum” deyə-deyə, cavabları ilə “asıb-kəsib”: 
“Əgər mədəniyyət, əxlaq, insanlıq, geyim tərzi və hərəkətlərlə ölçülürsə, o zaman mən deyə bilərəm ki, əxlaqlı geyimimdə ən düzgün halda insanlara örnək bir xanımam. İfam da, tərzim də, insanlığım da, xanımlığım da öz yerindədir. Bizi mahnılarımızla alçaltmaq heç kimin haqqı deyil”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO