Şakiraya xəyanət edən Pike başqa qadınla kefdə - FOTO 

Şakiraya xəyanət edən Pike başqa qadınla kefdə - FOTO 

Hazırda oxunan: Şakiraya xəyanət edən Pike başqa qadınla kefdə - FOTO 

80297

Dünya pop səhnəsinin ulduzu Şakiranı boşanma ərizəsi verməyə sövq etdiyi iddia edilən ulduz futbolçu Jerar Pikenin xəyanətləri ilə bağlı xəbərlər uydurma yox, həqiqətdir.  

Bizim.Media xəbər verir ki, müğənni ilə ayrılması ilə bağlı ilk məlumatların yayıldığı andan cəmi bir həftə sonra futbolçu artıq yeni ehtirasla səyahətə çıxıb.  

Pike Stokholmdakı restoranlardan birində görüntülənib. O, “Brilliant Minds” idman tədbirində iştirak etmək üçün keçən həftə İsveçin paytaxtına gəlib.  

Qalmaqallı foto isə restoranın sahibi qadına məxsusdur. Qadın çəkdiyi şəkli hansı səbəbdən yaydığını açıqlayıb. Belə ki, futbolçu qadının oğluna salam verməkdən imtina edib.  

“Soruşdum ki, uşağımla salamlaşa bilərsənmi? Amma o, yox dedi. Təbii ki, bir az təəccübləndim və sualı təkrarladım. Amma cavab eyni idi. Onun kobud olduğunu deyə bilmərəm, amma mütləq bir az təkəbbürlü idi", - deyə qadın hadisəni nəql edib.  
Hazırda bütün İspaniya Pikenin naməlum qadınla fotosunu müzakirə edir.  

Şakiranın vəkilləri isə yəqin ki, gələcək məhkəmə proseslərində dəlil kimi fotodan istifadə edəcəklər.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO