Müğənni Sevda Yahyayeva gəlinliyini satır.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “MTV maqazin” verilişində danışıb.
Yahyayeva tanınmış türkiyəli dizayner Muammer Ketencinin əl işi olan libasına gəlin müştəri axtardığını bildirib.
“Gəlinliyimi satıram. Onu ikinci dəfə geyinməyəcəm ki? Çox bahalı gəlinlikdir, mənim üçün özəl hazırlanıb. Çox gözəl libasdır. Əgər orada Muammer Ketencinin imzası varsa, ucuz qiymətdən söhbət gedə bilməz. İnşallah, onu alan insan xoşbəxt olar”.
Rəşad Əliyev, Bizim.Media