Əli Mirəliyev: “Bəzi qadın müğənnilərin mikrofonla davranışı sadəcə, biabırçılıqdır” - VİDEO

Əli Mirəliyev: “Bəzi qadın müğənnilərin mikrofonla davranışı sadəcə, biabırçılıqdır” - VİDEO

Hazırda oxunan: Əli Mirəliyev: “Bəzi qadın müğənnilərin mikrofonla davranışı sadəcə, biabırçılıqdır” - VİDEO

80062

İstənilən sənətin ilk məqsədi cəmiyyətə sağlam və vacib mesajlar ötürməkdir. İncəsənət növləri isə bu sırada ön planda durur. Vaxtilə döyüşdən əvvəl aşıqlar döyüşçüləri ruhlandırmaq üçün zərb-mahnılar ifa edər, onları igidliyə səsləyirdi.

Dini ayinlərin icrasında da incəsənət örpəyindən istifadə etmək əsas məqsədə qovuşmağın vizual və ruhi tərzidir.

Sadaladığımız məsələlər hazırda sənətçilər üçün nə qədərə vacib amildir?

Günümüzün reallığında gördüyümüz mənzərə ondan ibarətdir ki, dekor və buteforlar, texniki vasitələr qeyri-əxlaqi formada istifadə edilir. Bir çox “sənətçilər” efirlərdən nüamyiş etdirdikləri jest və mimlərdə intim mesajlar ötürürlər.
Bu mesajlar təkcə səhnə geyimləri, hərəkətləri ilə deyil, əllərində tutduqları mikrafonlarla da həmin xarakteri daşıyır. Məlumdur ki, mikrafonun konkret təyinatı var. O səsucaldan texniki vasitədir.  Amma indiki müğənnilər efirdə əsasən fonaqrama ilə çıxış edirlər.

Lakin, bununla belə müğənnilərin əksəriyyəti fonaqrama ifa etsələr də mikrafondan ikiəlli yapışırlar. Əsasən də qadın müğənnilər mikrofonla efirdə çox tərbiyəsiz davranırlar. 

Xatırladaq ki, Sovetlər vaxtı mikrofona oxuma zamanı müğənnilərin böyük planda göstərilməsi qadağan edilmişdi. O vaxtkı rəhbərliyin fikrincə bu, etik görünmürdü, tamaşaçıya tərbiyəsiz mesajlar ötürürdü.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən tanınmış müğənni Əli Mirəliyev bildirdi ki, “bu bizim ən yaralı yerimizdir. Bu barədə mən tez-tez danışıram.

Hər bir müğənni mikrafonla davranış qaydalarını öyrənmək üçün müəllim yanına getməlidir. Amma hanı, hərə bir cürə hərəkət edir. Canlı oxuyan müğənni mikrafonu elə tutmaldır ki, səsi aydın düşsün və sifəti bağlanmasın”.
Əli Mirəliyev fonaqrama oxuyan müğənnilərin əllərində mikrafon tutmalarının səbəbini anlamadığını söylədi: “canlı oxumursansa mikrafonu niyə tutmusan.

Üstəlik də mikrafonla elə davranırlar ki, tamaşaçının fikri səsdə, musiqidə yox mikrafonda qalır. Bəzi qadın müğənnilərin mikrafonla davranışı sadəcə, biabırçılıqdır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO