Ancelinadan sonra bu məşhur da Ukraynaya gəldi - VİDEO

Ancelinadan sonra bu məşhur da Ukraynaya gəldi - VİDEO

Hazırda oxunan: Ancelinadan sonra bu məşhur da Ukraynaya gəldi - VİDEO

80053

Şənbə günü Lvovun mərkəzində Hollivud aktyoru Ben Stiller görüntülənib.  

Bizim.Media xəbər verir ki, ulduzun Lvovun mərkəzi meydanı ilə Taras Şevçenkonun abidəsi yaxınlığında gəzərək telefonla danışdığı videosu “TikTok”da paylaşılıb.  

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (QAK) Twitter-də bəyan edib ki, Ben Stiller BMT-nin xoşmərəmli səfiri kimi ukraynalı qaçqınlarla görüşmək üçün sərhədə gəlib. 
“BMT QAK-ın xoşməramlı səfiri Ben Stiller həyatları müharibə və zorakılıq nəticəsində parçalanmış ailələrlə görüşmək, müharibənin insanlara təsiri haqqında hekayələr paylaşmaq və həmrəylik çağırışlarını gücləndirmək üçün bu gün Ukrayna ilə sərhəddədir”, – BMT QAK-ın saytında bəyan edilib.  

Aktyor özü də Polşaya gəldiyini “Twitter” sosial şəbəkə hesabında da açıqlayıb.

“Ukraynadakı müharibənin həyatına zərər vuran insanlarla görüşmək üçün Ümumdünya Qaçqınlar Günü ərəfəsində Polşaya gəldim” – deyə, B.Stiller bildirib.  

Məşhur aktyorun Lvova hansı məqsədlə gəldiyi isə hələlik məlum deyil. 

Qeyd edək ki, aprelin sonunda Hollivud aktrisası Ancelina Coli Lvovda olmuşdu.

O, həmçinin BMT-nin xoşməramlı səfiri kimi qaçqınlarla görüşüb. Daha sonra ulduz “Instagram” sosial şəbəkə hesabında Ukraynanın şərqindəki müharibə zonasından təxliyə edilmiş kiçik bir qızın ona verdiyi avia bombasının parçasını göstərmişdi.  

Rəşad Əliyev, Bizim.Media
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO