Manafın mahnılarına ağız büzən Vasif:

Manafın mahnılarına ağız büzən Vasif: "Onun yanında dodağım birləşmir" – VİDEO

Hazırda oxunan: Manafın mahnılarına ağız büzən Vasif: "Onun yanında dodağım birləşmir" – VİDEO

79979

"Bir dəfə belə bir gülməli hadisə oldu. Manaf yeni mahnı yazdırmışdı. Dedi ki qulaq as, rəyini bildir. İki dəqiqə mahnını dinləyəndən sonra kimsə mənə söz dedi, mən də başladım onunla danışmağa. Manaf isə həmin an "Mahnıma qulaq as" deyə mənə səsləndi. Mən də gülərək "Hamısı eyni şeydir" deyə ona cavab verdim (gülür).

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli qonaq olduğu "Şourum" maqazin verilişində deyib.

Sənətçi yaxın dostu və həmkarı Manaf Ağayevin mahnılarını dinləməsə də, amma ünvanına təriflər yağdırıb.

"Manaf hər halı ilə Manafdır. Xətrini çox istəyirəm. Əzizdir mənim üçün. Manaf başdan ayağa baməzə insandır. Onun yanında olanda heç cürə dodağım birləşmir. Üzümü güldürən dostdur. Aramızda soyuqluq onun tərəfindən olmuşdu. Mən tərəfdən hər şey yaxşı idi. Manafın qəlbi uşaq kimidir. Bir də görürsən ki, o uşaq kimi heç nədən inciyə bilir. Sonra da incikliyinin səbəbini özü başa düşür".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO