Klarnet ifaçısı Hüseynin xanımı Aysel:

Klarnet ifaçısı Hüseynin xanımı Aysel: "O məktəbi bitirəndə, mən 3-cü sinifdə oxuyurdum" – VİDEO

Hazırda oxunan: Klarnet ifaçısı Hüseynin xanımı Aysel: "O məktəbi bitirəndə, mən 3-cü sinifdə oxuyurdum" – VİDEO

79922

"Oğlumuz sakit uşaqdır. Səkkiz ayı tamam olub".

Bizim.Media xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa həyat yoldaşı Aysel İbrahimova qonaq olduğu "Zaurla Günaydın" səhər verilişində deyib.

Aktrisa musiqiçi həyat yoldaşı ilə aralarındakı yaş fərqindən söz açıb.

"Hüseyn hər işdə başadüşəndir. Aramızda səkkiz yaş fərq var. Hüseyn məktəbi bitirəndə, mən üçüncü sinifi bitirirdim. Onda balaca idim".

Aysel Hüseynin mətbəxdəki bacarıqlarından da danışıb. İbrahimova bildirib ki, Məhəmmədoğlu evdə tez-tez aşpazlıq məharətini nümayiş etdirir.

"Hüseyn evdə heç zaman yeməyə görə mənə problem yaratmayıb. O, özü çox yaxşı yemək bişirir. Evlənəndən sonra bir neçə ay evdə yeməyi Hüseyn özü hazırlayırdı. Mən əlimi ağdan-qaraya vurmurdum. Hüseyn yeməyə görə kaprizli deyil. Bir dəfə mən şoka düşdüm. Hələm-hələm qadınlar 10 dəqiqə yemək hazırlaya bilməz. Hüseyn mənim üçün 10 dəqiqəyə yemək hazırladı".

Qeyd edək ki, Aysel İbrahimova Milli Dram Teatrının aktrisasıdır. Hüseyn Aysel cütlüyünün səkkiz ay əvvəl oğlan övladı dünyaya gəlib. Bu Hüseynin ikinci evliliyidir. Onun birinci evliliyindən daha iki qız övladı var.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO