Emin Ağalarov Bakıda solo konsert verdi - FOTO/VİDEO

Emin Ağalarov Bakıda solo konsert verdi - FOTO/VİDEO

Hazırda oxunan: Emin Ağalarov Bakıda solo konsert verdi - FOTO/VİDEO

79883

Xalq artisti Emin Ağalarovun "Sea Breeze" əyləncə mərkəzində solo konserti baş tutub. 

Bizim.Media xəbər verir ki, sənətçi musiqili gecəni "Стоп ночь" mahnısı ilə açıb.

Canlı ansamblının müşayiəti ilə hitlərini və sevilən nəğmələrini arda-arda düzən Emin səhnədən tamaşaçılarını salamlayaraq, onlarla səmimi ünsiyyət qurub.

"Xoş gördük sizi "Sea Breeze"də. Demək olar ki, mən bu səhnədə böyümüşəm. Çünki ilk konsertim burada 14 il əvvəl baş tutub. O zamanlar balaca idim, amma indi böyümüşəm. Dostlar, sizi çox sevirəm. Çox sağolun ki, bu gün mənimlə birlikdəsiniz".

Emin Ağalarov əsrarəngiz ifaları və səhnə performansı ilə onu izləməyə gələn tamaşaçılara unudulmaz anlar yaşadıb.

Rəşad Əliyev, Bizim.Media

 

 
 







 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO