Dünya şöhrətli aktyor Jan Kloud Van Dammın oğlu Kristoferlə evlənən azərbaycanlı pianoçu Suada Hacızadənin ailə qurmasından bir il ötür.
Bizim.Media xəbər verir ki, musiqiçi sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
Sevgi şəhəri Parisdə “Eyfel” gülləsinin qarşısında fotosunu yayımlayan Suada bu sözləri yazıb: “Sən mənim həyatımın sevgisisən”.
Digər postunda isə Suada əri Kristoferlə canlı yayımından videosunu paylaşaraq “Artıq bir il keçməyinə inanmıram. Həyatımın sevgisi ilə evli olmaq” – deyə bildirib.
Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.
Rəşad Əliyev, Bizim.Media