\

\"Twitter\"də kampaniya başladı: \"Zara\"dan üzr istəməsi TƏLƏB EDİLİR

Hazırda oxunan: \"Twitter\"də kampaniya başladı: \"Zara\"dan üzr istəməsi TƏLƏB EDİLİR

79593

Ötən gün dünyaca məşhur geyim brendi "Zara" reklamlamları ilə "Twitter" əhlini qəzəbləndirib.

Bizim.Media xəbər verir ki, "Zara" son reklam kampaniyasında sandal və ayaqqabıların meyvə, çörək və dondurma ilə əhatə olunmuş fotolarını yayımlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“ZARA”nın son reklamında çörək tapdalandı - Tənqidlər dayanmır..


Türkiyəli alıcılar "Twitter" hesablarında sözügedən brendi yeməyə hörmət etmədiyinə görə tənqid edib və "Zara" geyimlərini boykot etməyə çağırıblar. 

“#boykotzara bu necə reklamdır!? Bütün dünyada o qədər ac insan var ki, siz yeməklə oynayırsınız”, “#Zara çörək və çörək məhsulları bütün dünyada bir çox insanlar üçün müqəddəsdir. Bəzi insanların çörək almağa ümumiyyətlə imkanı çatmır. Bir daha sizdən heç nə almayacağıq” kimi rəylər yazılıb. 

İstifadəçilər brenddən üzr istəməsini tələb ediblər. "Twitter"də türkcə #ZaraHaddiniBil - # Zarayerinibil həştəqləri yaradılıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO