Dünya pop səhnəsinin divası, bir çox musiqi mükafatlarının qalibi Beyonse yeni fotosessiyası ilə gündəmə damğa vurub.
Bizim.Media xəbər verir ki, sənətçi fərqli obrazlarda yeni görünüşü və qlamur tərzi ilə “Vorgue” dərgisinin üz qabığını bəzəyib.
Pop ulduz təkcə fotoları ilə deyil, eyni zamanda yeni “RENAISSANCE” albomunun buraxıldığı tarixini də sosial şəbəkə hesabında açıqlayıb.
Albom iyulun 29-da dinləyicilərin ixtiyarına veriləcək.
Beyons dəfələrlə ən nüfuzlu və uğurlu məşhurlar siyahısına daxil edilib. Albom bir neçə hissədən ibarət olacaq.
Ötən yay müğənni yeni rekord üzərində işlədiyini təsdiqləyib. Pop ulduz bir il yarım səsyazma studiyasında keçirdiyini etiraf edib.
Beyonsenin son albomu "Lemonade" 2016-cı ildə buraxılıb. 2018-ci ildə o, əri Jay-Z ilə birlikdə "Hər şey Sevgidir" adlı albomu işıq üzü görüb. Bundan əlavə, müğənni “Kral aslan” animasiya filminin saundtreki üzərində çalışıb, həmçinin 2021-ci ildə “Be Alive” mahnısını buraxıb.
Amerikalı müğənninin hiti “Film üçün ən yaxşı mahnı” nominasiyasında Oskar mükafatına namizəd olub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
18:30 / 16.06.2022
Gözlənilməz qayıdış - Beyonse yeni FOTOSESSİYASI ilə GÜNDƏMDƏ
Hazırda oxunan: Gözlənilməz qayıdış - Beyonse yeni FOTOSESSİYASI ilə GÜNDƏMDƏ
Hazırda oxunan: Gözlənilməz qayıdış - Beyonse yeni FOTOSESSİYASI ilə GÜNDƏMDƏ
79581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.