Həmcinslərinin təcavüzündə ittiham olunan Hollivud aktyoru zaminə buraxıldı – FOTO

Həmcinslərinin təcavüzündə ittiham olunan Hollivud aktyoru zaminə buraxıldı – FOTO

Hazırda oxunan: Həmcinslərinin təcavüzündə ittiham olunan Hollivud aktyoru zaminə buraxıldı – FOTO

79579

“Oskar”lı Hollivud aktyoru Kevin Speysi daha bir təcavüzdə ittiham olunur. 

Bizim.Media xəbər verir ki, bu dəfə üç kişi "Kartlar Evi" ulduzunu cinsi təcavüzdə ittiham edib.  

İlk məhkəmə bu gün Londonda baş tutub. Proses zamanı bildirilib ki, Speysi qalmaqallı olaydan qaça bilməyəcək.  

Aktyor növbəti görüşə qədər zaminə buraxılıb. O, “1242” dramının çəkilişlərinə qatılıb.  

Beş ildən sonra ilk dəfə rol alacağı “Qərb qapısı” filmində isə Speysi çəkilə bilməyəcək. Onun pasportu da daxil olmaqla bütün sənədləri götürülüb. Seksual zorakılıq qalmaqalı 2017-ci ildən bəri davam edir. Daha sonra aktyor 40 il əvvəl etdiyi təcavüzdə ittiham edilib.
Prosesin pik zamanında aktyora qarşı yeniyetmələr, yazıçı və anonim masajçı da daxil olmaqla 20 nəfər iddia qaldırıb.  

2019-cu ildə ABŞ Prokurorluğu aktyora qarşı ittihamları geri götürüb. Heç kim sübut tapmasa da, qalmaqal artıq Kevin karyerasına baha başa gəlib. Beləki artıq çəkilmiş "Dünyadakı bütün pullar" filmindən və "Kartların evi" serialından onun iştirakı ilə səhnələr çıxarılıb.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO