Tom Kruz 60 illik yubileyini iki ölkədə qeyd edəcək - FOTO

Tom Kruz 60 illik yubileyini iki ölkədə qeyd edəcək - FOTO

Hazırda oxunan: Tom Kruz 60 illik yubileyini iki ölkədə qeyd edəcək - FOTO

79563

İyulun 3-ü Hollivud ulduzu Tom Kruzun 60 yaşı tamam olur.  

Bizim.Media “The Sun” istinadən xəbər verir ki, aktyor eyni anda iki doğum günü məclisi keçirəcək. Tədbir Böyük Britaniyada, sonra isə ABŞ-da baş tutacaq. 

Nəşrin məlumatına görə, Kruz şəxsi təyyarədə birindən digərinə uçacaq. 

Böyük Britaniyada istirahət etmək üçün aktyor “Soho Farmhouse” otelini seçib. 

Üzgüçülük hovuzu, sauna, sakit göl, atlar. Bütün bunlar sonsuz hay-küydən bezmiş Hollivud ulduzu üçün əsl cənnətdir. 

Kruz David və Viktoriya Bekham, Ceyma Korden, Saymon Pegg və Prins Uilliamı doğum günü məclisinə dəvət edib.  

Aktyorun özəl partisində ikinci dəfə ayrıldığı keçmiş sevgilisi Heyli Etvelin də iştirakı gözlənilir.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO