Hayli Bieber yeni kosmetika markasını yaratdı - QOXUSUZDUR - FOTO 

Hayli Bieber yeni kosmetika markasını yaratdı - QOXUSUZDUR - FOTO 

Hazırda oxunan: Hayli Bieber yeni kosmetika markasını yaratdı - QOXUSUZDUR - FOTO 

79476

Məşhur amerikalı model Hayli Bieber ulduz dostları ilə ayaqlaşmaq qərarına gəlib, iş qadını olub.  

Bizim.Media xəbər verir ki, onun gözəllik brendi “Rhode” bu gün satışa çıxarılıb. Hələlik məhsullar yalnız ABŞ-da mövcuddur.  

Bieber kosmetik məhsullarının siyahısına nə daxildir? Hazırda cəmi üç məhsul var: Maye, üz kremi və dodaq balzamı. Əsas və diqqət çəkən məqam isə Haylinin kosmetik vasitələrinin qoxusunun olmamasıdır.
Bütün məhsullar yüngül şəffaf konsistensiyaya və sadə, lakin təsirli maddələrdən ibarətdir.  

Məsələn, onun tərkibində dəri baryerini gücləndirən, məsamələrin genişlənməsini minimuma endirən, “UV” şüalarının zədələməsinin və qırılmaların qarşısını alan “B” vitamini forması olan niasinamid var. Məhsullara həmçinin peptidlər, hialuron turşusu, qliserin və skualen daxildir.  

Düsturların hazırlanması iki il çəkib. Maye və krem 29 dollar, dodaq məhsulları isə 16 dollardır.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO