Üzü iflic olan Castinin vəziyyəti necədir?

Üzü iflic olan Castinin vəziyyəti necədir?

Hazırda oxunan: Üzü iflic olan Castinin vəziyyəti necədir?

79346

Dünya pop səhnəsinin ulduzu Castin Biber üz iflici olması ilə bağlı yaydığı xəbərdən sonra pərəstişkarlarına müraciət edib.  

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında səhhətinin yaxşılaşdığını bildirib. “Hər gün yaxşılaşıram”- deyə, C.Biber qısa şərh yazıb.  

Musiqiçi əlavə edib ki, Allaha iman ona xəstəlikdən sağ çıxmağa kömək edir. Bundan əlavə, bütün bu müddət ərzində model arvadı Heyli onu tərk etmir.  

Qeyd edək ki, müğənni bir neçə gün əvvəl konsertlərini yarımçıq qoyaraq “Ramsey Hunt” sindromuna tutulduğunu açıqlayıb. Bu, eşitmə itkisinə və şiddətli ağrıya səbəb olan üz sinirinə təsir edən herpes zoster formasıdır.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO