Türkiyəli müğənni Ebru Gündeşin özündən 19 yaş kiçik olan iraqlı zəngin iş adamı Rassan Xoşnavla eşq yaşadığı xəbəri ötən həftələrdə böyük əks-səda yaradıb. Sənətçini yeni münasibəti ilə bağlı təfərrüatlar ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, aşiqlərin bir-birinə sarmaşıq sevgi fotosunun oğurlanması türk mətbuatının manşetinə çevrilib.
Şəklin kimlər tərəfindən sızdırıldığı açıqlanmayıb. İş adamı mətbuata verdiyi xəbərlə bağlı İstanbul Baş Prokurorluğuna müraciət edib.
Rassanın vəkili Ümit Kızıldağ vasitəsilə Növbətçi Cəza Hakimliyinə müraciət etdiyi ərizəsində müvəkkilinin ədalətsiz və qanunsuz hücumlara məruz qaldığını və şəxsi məlumatlarının ələ keçirildiyini iddia edib.
Ekspertlər və hakerlər fotonun necə ələ keçirildiyi üzərində işləyiblər. İlkin araşdırmalara görə, qeyri-qanuni qrupların Rassanın telefon və kompüterinə hücum etdiyi bildirilib.
Şəxsi həyatının toxunulmazlığının pozulduğu bildirilən ərizədə onun Ebru Gündeşlə münasibəti olduğu ilə bağlı mətbuatda gedən xəbərlərin qarşısının alınması tələb olunub.
Sözügedən məzmun silinməsə, iş adamına maddi və mənəvi ziyan dəyəcəyi bildirilib.
Qeyd edək ki, həbs olunan və daha sonra azadlığa buraxılan Rza Zərrabla Ebru Gündeş 11 il evli olub. Cütlüyün bu nikahdan Alara adlı qızı var. Onlar ötən ilin may ayında boşanıb.
Rəşad Əliyev, Bizim.Media