Xalq artisti Röya 40 yaşında - FOTO 

Xalq artisti Röya 40 yaşında - FOTO 

Hazırda oxunan: Xalq artisti Röya 40 yaşında - FOTO 

79175

Bu gün Xalq artisti Röya Ayxanın 40 yaşı tamam olur.  

Bizim.Media milyonların sevimlisinin “Zirvəyə gedən yolu”nu təqdim edir.  

Nəcəfova Röyalə Yaqub qızı 1982-ci il iyunun 14-də Bakıda anadan olub. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olan Röya 2004-cü ildə “Bakı Dövlət Universiteti”nin “Beynəlxalq hüquq” fakültəsinə daxil olub.  

Müğənni ilk addımlarını Əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin “W-trio” qrupunda atıb. Bir neçə ildən sonra Röya qrupdan ayrılıb solo fəaliyyətə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub.

2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub.  

2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. Pop ulduz iki dəfə 2017-ci və 2020-ci ildə Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatına layiq görülüb.  

30 dekabr 2015-ci ildə Əməkdar artist, 21 oktyabr 2019-cu ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 2008–2014-cü illərdə iş adamı Anar Cəlilovla nikahda olub. Onun bu nikahdan 13 yaşlı Hüseyn adlı oğlu var.  
Bizim.Media komandası Xalq artisti Röya Ayxanı təbrik edir, fəaliyyətində müvəffəqiyyətlər arzu edir. 

Rəşad Əliyev, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO