“Oyuncaqların hekayəsi” animasiya filminin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində nümayişi yayımdan qaldırılıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, “Disney” və “Pixar”ın yeni cizgi filmi "Bazz Layter" bu ölkələrdə homoseksual xarakterlərə görə qadağan edilib.
Sözügedən ekran işi “Pixar”ın tarixində eynicinsli öpüşləri göstərən ilk filmdir. Bu, Bazzın komandiri və ən yaxşı dostu, kosmos mühafizəçisi Alisha Hotorn və həyat yoldaşı arasında baş verib.
Tamaşaçılar Alişanın və onun seçdiyi birinin necə birlikdə ailə yaratdıqlarına nəzər salır.
Mart ayında “Variety” nəşri öpüş səhnəsini əvvəlcə ekran işindən çıxarıb. Lakin sonra həmin səhnə filmə yenidən qaytarılıb. Bunu isə “Pixar”ın “LGBT” icmasına aid əməkdaşları tələb edib.
Onlar açıq məktubla “Disney” rəhbərlərinin homoseksual məzmunu senzura etdiyini iddia ediblər. Baş qəhrəman Bazz obrazını canlandıran aktyor Kris Evans mübahisəli səhnənin filmə qaytarılmasını dəstəkləyib.
“Bu inanılmazdır və bu öpüşü bu hekayənin bir hissəsinə çevirdiyim üçün “Disney” və “Pixar”a papağımı çıxarıram. Öpüş bir salamlaşma və sevginin incə jestidir. Bu, onların insanlar kimi kim olduğunu müəyyənləşdirir, lakin onların hər birinin kim olduğunu göstərən yeganə identifikator deyil”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:46 / 14.06.2022
“Bazz Layter”in nümayişinə ərəb ölkələrində QADAĞANIN səbəbi bəlli oldu - FOTO/VİDEO
Hazırda oxunan: “Bazz Layter”in nümayişinə ərəb ölkələrində QADAĞANIN səbəbi bəlli oldu - FOTO/VİDEO
Hazırda oxunan: “Bazz Layter”in nümayişinə ərəb ölkələrində QADAĞANIN səbəbi bəlli oldu - FOTO/VİDEO
79170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.