“2008-ci ildə 67 yaşında qəfildən atamı itirdim. Çox əsəbi, amma dürüst insan idi. Müəllim, ziyalı idi. Onun itkisi bizə dərd oldu. Sonra professor əmim Aydın Məmmədov dünyasını dəyişdi. Daha bir əmimi də 2021-ci ildə itirmişəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri xanəndə Eldəniz Məmmədov qonaq olduğu “Onun sirri” verilişində deyib.
O, ailə böyüklərindən danışıb:
“Rafael əmimlə atam çox yaxın idilər. Onlar həm dost, həm də qardaş idilər. Atamın dünyasını dəyişməsi əmimə o qədər pis təsir etmişdi ki, o hər axşam eyvana çıxıb, yarım saat ağlayırdı. Onu çox istəyirdi. Deyirdi ki, Kamran (red.atası) olsaydı, qalmazdı. Mən niyə beləyəm? Niyə çıxıb getmirəm?”
Uşaq yaşlarında qətlə yetirilən əmisi Bəylərdən söz açan sənətçi, onu öldürən şəxsin kimliyini bildiyini açıqlayıb.
“Əmim çox imkanlı bir şəxs olub. O rayonda bir nömrəli diş həkimi olub. Hamımıza maddi dəstək olub, əlimizdən tutub. Allah ona rəhmət eləsin. O, 40 yaşında rəhmətə gedib. Onu öldürüblər. Çox ziyalı və savadlı insan idi. Əmim müəmmalı şəkildə dünyasını dəyişdi. O vaxt əmimin qatilinin kimliyini eşitdim”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:14 / 13.06.2022
Eldəniz Məmmədov efirdə ağladı: "Atamı itirdim, əmimi öldürdülər" – VİDEO
Hazırda oxunan: Eldəniz Məmmədov efirdə ağladı: "Atamı itirdim, əmimi öldürdülər" – VİDEO
Hazırda oxunan: Eldəniz Məmmədov efirdə ağladı: "Atamı itirdim, əmimi öldürdülər" – VİDEO
79040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.