Xərçəngdən 3 qardaşını itirən Nailə İslamzadə:

Xərçəngdən 3 qardaşını itirən Nailə İslamzadə: "Mənə əl içində baxırdılar" - VİDEO

Hazırda oxunan: Xərçəngdən 3 qardaşını itirən Nailə İslamzadə: "Mənə əl içində baxırdılar" - VİDEO

79035

“Anamın son nəfəsinə çata bilmədim. Bu da pandemiyaya görə oldu. Yollar bağlı idi. Bir gün sonra səhər mənə zəng vurub dedilər ki, ananın vəziyyəti ağırdır, artıq gəlməlisən”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə qonaq olduğu “O üz” portret verilişində deyib.  

Pandemiyada anasını itirən teleaparıcı onunla son dəfə görüşə bilmədiyini açıqlayıb.   

“Bakıdan Balakənə gedənə qədər, anam rəhmətə getdi. Söylədilər ki, ananınız nəşini götürmək lazımdır. Qış ayları idi, hava çox soyuq idi, yağış yağırdı.
Postda dayanan şəxsə dedim ki, mən tez gedib, anamın dəfninə çatmalıyam. Söylədi ki, sizin adınız portalda yoxdur. Bu hadisələr səbəbi ilə anamın son nəfəsinə çata bilmədim. Bu, mənə çox pis təsir etdi. Bəlkə də anamın mənə deyiləsi sözü vardı.

Qardaşlarım da rəhmətə getdiyindən, bütün bu işlər mənim öhdəmdə idi. Anam başı bağlı, namaz qılan qadın idi. Yaşlı idi. Deyirdi ki, ölsəm, yas mərasimim urvatlı olsun. Hər şeyin yer-yerində olduğunu sevirdi. Hər şeyi necə lazımdır, öz qaydasında etdim ki, anamın ruhu şad olsun. Yas məclisini də etdim”.  

Dörd qardaşın bacısı olan N.İslamzadə xərçəngdən üç qardaşını itirdiyini söyləyib.    

“Bizim böyük ailəmiz olub. Dörd qardaşın bir bacısı olmuşam. Hamıdan kiçik evdə mən idim. Uşaqlığım çox gözəl keçib. Qardaşlarımın hamısı yaxşı oxuyurdular. Böyük qardaşım 11 yaş məndən böyük idi. Üç qardaşımın üçü də rəhmətə gedib.
Böyük qardaşım isə Moskada professordur. Elmi konfranslara gedir, oradan mənə geyimlər gətirirdi. Əlinin içində baxırdılar mənə. Ailəmizin imkanları geniş olmayıb. Atam müəllim olub, anam isə beş uşaq böyüdüb. Hamısını oxudub, təhsil verib. Amma heç zaman evdə məhrumiyyətlər  yaşamamışam. Uşaqlığım gözəl keçib.

Əvvələr Balakənə gedəndə hamı həyətə yığışırdı, şənlik edirdilər. Kabab çəkilir, masalar qurulurdu.  İndi isə bunların heç biri yoxdur. 3 qardaşım rəhmətə gedib.

O qədər boşluq var ki, Balakənə gedib valideyinlərimin və qardaşlarımın qəbrini ziyarət edirəm, dualar oxuyub, gül qoyuram. Balakən məni çox çəkir. Amma ora gedəndə qəmgin notlarda oluram”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO