"Qurd"a Elşad Xosedən məsləhət: "Pis vərdişlərdən uzaq ol" – VİDEO 

Hazırda oxunan: "Qurd"a Elşad Xosedən məsləhət: "Pis vərdişlərdən uzaq ol" – VİDEO 

79022

“Qurd” ləqəbi ilə məşhurlaşan repçi Fərid Eminov həmkarı Elşad Xose haqda müzakirələrə səbəb olan açıqlama verib.  

Bizim.Media xəbər verir ki, “Səhər mərkəzi” verilişində qonaq olan repçiyə aparıcı Afaq Gəncəli “Bu məşhur haqda bilmədiyimiz gerçəyi açıqla” sözlərini ünvanlayıb.

Elşadın fotosunu ekranda görən “Qurd” həmkarının ona verdiyi məsləhətlərini dilə gətirib.  

“Elşad Azərbaycan repinin əfsanələrindən biridir. Xose ilə birgə ilk çıxışım 2003-cü ildə Gəncədə baş tutan konsertdə olub. 18 yaşım vardı, çox gənc idim. O qatarda mənə söylədi ki, pis vərdişlərdən uzaq dur. Mən də onun bu sözlərinə əməl etdim”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO