Türkiyəli aktrisa Öykü Çelik Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkədə məlumat verib. Çeliyin Bakıya gəlməsin Formula 1 üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədardır.
O, “Ferrari” komandasına dəstək olduğunu nümayiş etdirib. Axşam saatlarında isə aktrisa şəhərimizin “Dağ üstü park”a yollanıb, oradan açılan möhtəşəm mənzərəni seyr edib. Bundan əlavə ləzzətli təamlarımızın dadına baxıb.
Qeyd edək ki, Ö. Çelik son illər “Diriliş Ertuğrul”, “Savaşçı” seriallarında rol alıb.
Rəşad Əliyev, Bizim.Media