Ayrılan Pike və Şakiranın milyonluq sərvəti üzə çıxdı

Ayrılan Pike və Şakiranın milyonluq sərvəti üzə çıxdı

Hazırda oxunan: Ayrılan Pike və Şakiranın milyonluq sərvəti üzə çıxdı

78728

Ayrılıq xəbəri ilə dünya mətbuatının gündəminə “bomba”kimi düşən Jerar Pike və Şakira cütlüyünün ortaq sərvəti üzə çıxıb.  

“Ayrıldığımızı təsdiqlədiyimiz üçün təəssüflənirik. Ən yüksək prioritetimiz olan övladlarımızın rifahı naminə şəxsi həyatın toxunulmazlığına hörmət edilməsini xahiş edirik”. 

Şakira və Jerar Pike bu açıqlama ilə 12 ildən sonra münasibətlərinin bitdiyini təsdiqlədilər.  

Bizim.Media xəbər verir ki, Jerar Pike üç aydır ki, bu olaylardan kənarda dayanıb.  

Onlar tanış olanda Şakira artıq dünya şöhrətli sənətçi idi, o isə  fədakar futbolçu. Kolumbiya gözəlinin şəxsi sərvəti 300 milyon avro, onun isə varidatı təxminən 80 milyon avrodur. Bu sərvət onların hər biri üçün toxunulmaz qalacaq, çünki cütlüyün bu evliliyədək nikahı olmayıb. Amma bu sərvət bölgüsü asan olmayacaq. 

Şakira Dövlət Xəzinədarlığı ilə 13 milyon avrodan çox pul tələb edən ciddi mübahisəyə qarışıb.

Bununla belə, cütlüyün birgə əmlakları var. 2012-ci ildə “Esplugues de Llobregat”da aldıqları, dəyəri 4 milyon avro olan ev, “Pedralbes”in lüks bölgəsində 1 milyon dəyərində olan mülk də sərvətə daxildir.  

Bundan əlavə, bu onillikdə onların populyarlığı artdı. Cütlük indi bölüşməli olduğu 1 milyon dollar məbləğində pul yığdı.  

İqtisadi məsələ ilə yanaşı, cütlüyü ən çox uşaqları narahat edir - doqquz və altı yaşlı Milan və Saşa. Şakira İspaniyada qalmaq istəmir, Pike isə uşaqları götürməkdən imtina edir. Keçmiş cütlük hazırda iki uşağı ilə Çexiyadadır.  

Qeyd edək ki, İspaniya mətbuatı peşəkar futbolçunun komanda yoldaşı Gavinin anası ilə eşq yaşadığını iddia edib. Yayılan xəbərdə Pikenin 17 yaşlı yarımmüdafiəçinin anası ilə uzun müddətdir sevgili olduğu bildirilib.  
Bunu öyrənən Şakira, Jerarla münasibətlərinə son qoyub. Şakira və Pikenin iki oğlu olsa da, onlar rəsmi nikaha daxil olmayıblar.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO