Britninin toyunda YAŞANANLAR - Bəy-gəlin ənənələri pozdu – FOTO  

Britninin toyunda YAŞANANLAR - Bəy-gəlin ənənələri pozdu – FOTO  

Hazırda oxunan: Britninin toyunda YAŞANANLAR - Bəy-gəlin ənənələri pozdu – FOTO  

78722

Sosial şəbəkələrdə özü haqqında çox danışan, nadir hallarda pərəstişkarlarından nə isə gizlədən dünya pop səhnəsinin ulduzu Britni Spirs toyunu nədənsə gizlətmək qərarına gəlib. Ən azından şənlik zamanı.  

Tətildən bir neçə saat sonra Britni jurnalistlərə Los-Ancelesdəki evində çəkdiyi kadrları yaymağa icazə verib. Fanatları Spirsin hansı paltarda evləndiyini maraqla gözləyirdi.  

Müğənninin gəlinlik paltarının müəllifinin kim olduğunu təxmin etmək çətin deyildi. Söhbət təkcə Donatella Versaçenin toya gəlməsi deyil.  

Bizim.Media xəbər verir ki, Spirs klassik ağ rəngini seçsə də, lakin çiyin, sinə dekolteli, cəsarətli və baldıra qədər uzanan yarıqla diqqətləri üzərinə çəkib.  

Təsviri atlas haşiyəli örtük tamamlayırdı. Bəy də “Versace” smokin geyinib. Britninin vizajistinin adı da məlumdur. Onun makiyajı üzərində Şarlotta və Sofiya Tilberi bacıları çalışıb.  

Rəsmi hissə bitib qonaqlar yeni ailənin doğulmasını qeyd etməyə gedəndə, Spirs ilk olaraq qara mini paltarda onların qarşısına çıxıb. 

Sonra isə onu qırmızı mini paltarla dəyişib. Cütlüyün dəvət olunan dostları arasında bir çox məşhurlar da olub. Toya yuxarıda adı çəkilən Donatella Versace ilə yanaşı, Britninin çoxdankı dostu Paris Hilton, aktrisa Dryu Berrimor, həmçinin müğənnilər Madonna və Selena Qomez də gəlib.  

Hamı səhərə qədər rəqs edib və fotoqraflara poz verməkdən çəkinməyib. Toy mərasimi də, bayram da Britninin yaşadığı evin ərazisində baş tutub.  

Xüsusilə, toy üçün böyük bir çadır qurulub və bir neçə yüz təzə çiçəklə bəzədilib. Bəy və gəlin adət-ənənələrə əməl etmədilər. Toylarında valideynlərinin olmamasından əlavə yeni evlənənlər ilk rəqsdən də imtina etdilər. Bunun əvəzinə hər kəs Britninin ölməz hitləri altında əylənirdi. Müğənninin özü də Parislə birlikdə “Stars Are Blind” mahnısını ifa edib.  
Axşam saat 22:15-də Britni və Sem dostlarının alqış sədaları altında çadırı tərk edərək, üzərində "Biz evləndik" yazısı olan qar kimi ağ "Rolls-Royce"a minərək bal ayına yola düşüblər.

Rəşad Əliyev, Bizim.Media





































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO