Xəbər verdiyimiz kimi, ötən axşam dünya pop səhnəsinin qalmaqallı ulduzu Britni Spirsin nişanlısı Sem Asqari ilə toyu olub.
Bizim.Media xəbər verir ki, cütlüyün toy məclisində bir çox məşhurlar iştirak edib.
Qonaqlar arasında Madonna, Selena Qomez, Peris Hilton, Donatella Versace və Drü Barrimor kimi ulduzlar yer alıb.
Məşhurlar Britni ilə bir araya gələrək, "Vogue” mahnısını okapella şəklində ifa ediblər.
Diqəət çəkən məqam isə Madonna ilə Britninin dodaq-dodağa öpüşməsi olub. Ulduzlar 2003-cü ildə "MTV VİDEO MUSİC" mükafatlandırma mərasimindəki öpüşü yenidən təkrarlayıblar.
Qeyd edək ki, bu, aprel ayında B.Spirs Asqari ilə birlikdə ilk övladlarını gözlədiklərini açıqlasa da, sonradan müğənni uşağı düşürdüyünü bildirmişdi.
Müğənninin keçmiş əri Kevindən iki oğlu var, Semdən isə övladı yoxdur.
Rəşad Əliyev, Bizim.Media