Müğənni Gülay Zeynallı bağında özünə dəmdəskahlı doğum günü məclisi keçirib.
Bizim.Media xəbər verir ki, 34 yaşı tamam olan sənətçini yaxınları, dostları yalnız buraxmayıblar.
Gülay hovuz kənarında çəkdirdiyi fotolarını, eləcə də məclisdə lentə alınan görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, G.Zeynallı tanınmış idmançı Kamil Zeynallı ilə evlidir. Cütlüyün bu nikahdan Sahilə adlı qız övladı var.
Rəşad Əliyev, Bizim.Media